KONFRANS HAQQINDA
Konfransın təşkilatçısı və maliyyələşdirən qurum
Əməkdaşlıq
- The Western Azerbaijan Community
Konfransın əlaqələndirici şəxsi
Xalid Niyazov
Konfransın e-poçt ünvanı
Mühüm tarixlər
Konfransın keçirilmə tarixləri
03-04 iyun, 2026
2020-ci ildə II Qarabağ müharibəsindəki Zəfər, eləcə də 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikası konstitusion suverenliyini təmin etdi.
Milli ideyanın növbəti hədəfi ölkə Prezidentinin yol xəritəsini təsdiq etdiyi Qərbi Azərbaycana qayıdış hərəkatıdır.
Konfrans müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarından biri olan Qərbi Azərbaycana qayıdış konsepsiyasının tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektlərinin elmi müstəvidə müzakirəsinə həsr olunacaqdır.
Tədbirin dili: Azərbaycan dili, İngilis dili
Format: Hibrid
ÇAP
Konfrans materialları toplu şəklində BDU-nun 'Nəşr evi'ndə çap olunacaqdır.
MÖVZULAR VƏ ALTMÖVZULAR
Milli ideyanın müasir mərhələdə dövlətçilik, suverenlik və tarixi ədalət prinsipləri əsasında şərh olunması
Qayıdış ideyasının sülh, əməkdaşlıq və regional sabitlik kontekstində rolu
Qərbi Azərbaycana qayıdış konsepsiyasının tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri
Qərbi azərbaycanlıların qayıdış hüququ: fərdi və kollektiv hüquqlar kontekstində
Beynəlxalq hüquqda qayıdış hüququnun normativ əsaslarının elmi təhlili
Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların tarixi yaddaşının və kollektiv kimliyinin bərpası
Qərbi Azərbaycanın etno-demoqrafik tarixi: mənbələr və reallıqlar
Arxiv sənədlərində Qərbi Azərbaycan: Rusiya, Osmanlı və Avropa mənbələrinin müqayisəli təhlili
Regional təhlükəsizlik arxitekturasında Qərbi Azərbaycanın yeri və geosiyasi əhəmiyyəti
Azərbaycan diplomatiyasında Qərbi Azərbaycan məsələsinin yeri: tarixi retrospektiv və müasir yanaşmalar
Qərbi Azərbaycanda kitab mədəniyyəti, milli mətbuat ənənələri və maarifçilik hərəkatı
UNESCO konvensiyaları kontekstində Qərbi Azərbaycan mədəni irsi
Qərbi Azərbaycanın mineral-xammal resursları: struktur mövqeyi, geologiyası və istismarının ətraf mühitə təsiri
Qərbi Azərbaycana qayıdışın coğrafi aspektləri: məskunlaşma ərazisinin təbii, sosial-iqtisadi və siyasi şəraitinin qiymətləndirilməsi